Eynulla Fətullayev: “Son hadisələr Eldar Namazovun siyasətdə qeyri-ciddi insan olduğunu təsdiq etdi”

Eynulla Fətullayev: “Son hadisələr Eldar Namazovun siyasətdə qeyri-ciddi insan olduğunu təsdiq etdi”

"Səfir həm iqtidar, həm müxalifət, həm də cəmiyyətin bütün spektorunu əks etdirən qüvvələrlə görüşə bilər. Amma görüş çərçivəsində ölkənin daxili işlərinə müdaxilə ediləcək, ölkədə cərəyan edən siyasi mübarizəyə müdaxilə ediləcək tövsüyələr və yaxud təhriklər edirsə bu, artıq dövlətin daxili işlərinə müdaxilə deməkdir". Bu fikirləri SİA-ya açıqlamasında jurnalist Eynulla Fətullayev deyib.

Onun sözlərinə görə, həmin görüşdə ABŞ səfiri müxalifətin fəallaşması, eyni zamanda, etirazçı qüvvələrin yenidən meydana çıxması ilə bağlı fikir mübadiləsi aparıb: "Bu da ölkənin daxili işlərinə müdaxilə kimi səciyyələndiriləcək təhriklərdir".

"El" Hərəkatının siyasi partiyaya çevriləcəyi məsələsinə də münasibət bildirən Eynulla Fətullayev qeyd edib ki, bu hərəkat iflasa uğramış bir qurumdur: "Yarandığı gündən cəmiyyətdə heç bir perspektivi olmayıb. Müəyyən mailiyyə axınını rəsmiləşdirmək, liberallaşdırmaq üçün yaradılan bir təşkilat idi. Ümumiyyətlə, son hadisələr Eldar Namazovun siyasətdə qeyri-ciddi bir insan olduğu təsdiq etdi. Onun bütün layihələri, istər media, istərsə də ictimai layihələri proponasiyadan başqa bir şey deyil. Hər zaman məqsəd bu və ya digər layihələrə ayrılan vəsaiti mənimsəmək.

Eldar Namazovun ətrafına 3-4 adam yığışıb təmtəraqla hərəkat yaratdığını, sonunun da iflas və biabırşılıqla nəticələndiyini deyən Eynilla Fətullayev eyni zamanda qeyd etdi ki, onların keçirdiyi iclaslarının da ciddi təsir bağışlamadığını bildirib: "Fotolarında açıq-aydın görürük ki, bunlar içki masalarında siyasi müzakirələr aparırlar. Bunların "deklorasiyasının" miqyası budur. Partiya iclaslarını yeyib-içmək mərasiminə çeviriblər. Ona görə də, Eldar Namazovun cəmiyyətdə nə intelektual, nə də siyasi resursları var. Onların məqsədi yalnız birtəhər mövcudluqlarını qoruyaraq siyasi areanada qalmaqdır".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə