Georgiy Fedorov: “Viktor Yanukoviç müstəqil idarəetməyə sahib deyil”
"Viktor Yanukoviç müstəqil idarəetməyə sahib deyil". Bu haqda SİA-ya eksklüziv açıqlamasında Rusiya politoloqu Georgiy Fedorov Ukraynada fövqəladə vəziyyətin yaranması ilə bağlı Ketron Eştonun Ukraynaya səfər etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Avropa Viktor Yanukoviçi və onun komandasını ən zəif yerindən idarə edir: "Əgər Ukrayna dövlət başçısı Avropanın qoyduğu yolu seçim edərsə, deməli müxalifət qüvvələri ilə qarşılıqlı anlaşma, razılaşma və V.Yanukoviçin verdiyi zəmanət nəticəsində mümkün olacaq. Ukraynadakı fövqəladə vəziyyətin yaranması öz maraqlarını güdən tərəflər üçün sərfəlidir. Lakin düşünürəm ki, Ukraynada fövqəladə vəziyyət olmayacaq".
Ülkər Musazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB