Xəzərin hüquqi statusuna dair Xüsusi İşçi Qrupunun növbəti iclası keçiriləcək
Yanvarın 28-30-da Qazaxıstanın Astana şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti 35-ci iclası keçiriləcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.
Həmçinin səfər çərçivəsində Azərbaycan-Qazaxıstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi də nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB