Abdullah Gül İtaliyaya yollanır

Türkiyə prezidenti Abdullah Gül, İtaliya prezidenti Corcio Napolitanonun dəvətinə görə bu gün adı çəkilən ölkəyə rəsmi səfər edəcək. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, 2014-cü ilin son 6 ayında Avropa İttifaqına sədrlik İtaliyaya keçəcək. Səfər zamanı başda siyasi və iqtisadi maraqlar olmaq üzrə, bir çox mövzuda müzakirələrin aparılacağı gözlənilir.

İtaliya səfərində Türkiyənin Avropa İttifaqına kamil üzvlük məsələsi də müzakirə olunacaq. Türk və İtalyan iş adamlarını bir səhər yeməyində qəbul edəcək Türkiyə dövlət başçısı, Türkiyə-İtaliya İş Forumunun açılışında da çıxış edəcək.

Abdullah Gül Yunus Əmrə Mədəniyyət Mərkəzinin açılışına da qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə