Elmar Məmmədyarov Filipp Lefortu qəbul edib

Elmar Məmmədyarov Filipp Lefortu qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Filipp Lefortu xüsusi nümayəndə kimi missiyasının başa çatması ilə əlaqədar qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə AB arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub. Nazir iki tərəf arasında strateji tərəfdaşlıq münasibətlərinin yaradılmasının vacibliyini vurğulayıb.

E. Məmmədyarov 23-24 yanvar tarixlərində Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə keçirdiyi görüşlər barədə də məlumat verib. O, Filipp Leforta gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə