Aydın Hüseynov: “Eldar Namazov təsir imkanları və nüfuzu olmayan çəkisiz bir insandır”
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şura üzvü, partiyanın Qaradağ rayon təşkilatinin sədri Aydın Hüseynov Eldar Namazovun ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla görüşdən sonra Milli Şuranı tərk etməsinə münasibət bildirərkən "El" sədrinin intellektsiz fərd olduğunu qeyd edib: "Eldar Namazov heç bir proses yaratmaq səviyyəsində, intellektində və gücündə olmayan, həmişə onun bunun sözü ilə oturub duran, Azərbaycan cəmiyyətində heç bir təsir imkanları və nüfuzu olmayan çəkisiz bir insandır. Eldar Namazov kiçik bir dərnəyə belə rəhbərlik etmək gücündə deyil. Buna sübut kimi onun rəhbərlik etdiyi "El" adlı təşkilatda Ali Məclisin sədri olan Eldəniz Quliyevin hələ də Milli Şurada qalmasıdır. Bu da Eldar Namazovun rəhbərlik etdiyi kiçik bir təşkilatda belə söz sahibi olmaması, ona olan sayğısızlıqdan irəli gəlir".
Aydın Hüseynov Eldar Namazovun Rüstəm İbrahimbəyovun ssenarisində rol alan xırda bir fiqur olduğunu və ənənəvi olaraq uğursuzluğa düçar olduğunu da əlavə edib: "Eldar Namazov həmişə ora-bura qaçmaqla məşğul olub, amma heç bir halda özünü tapa bilməyib. Bu gün qaçmaq ənənəsini davam etdirsə də, hələ də ünvanını tapa bilməyib".
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB