"Seçilsəm, Dağlıq Qarabağ münaqişənin həlli əsas prioritetlərimdən biri olacaq”
"Əgər mən Avropa Şurasının baş katibi vəzifəsinə seçilsəm, təbii ki, Dağlıq Qarabağ münaqişənin həlli mənim əsas prioritetlərimdən biri olacaq". SİA-nın xəbərinə görə, bunu Avropa Şurasının Parlament Assambleyanın (AŞPA) sədri Jan Klod Minyon bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ermənistanın sədrlik etdiyi 2013-cü ildə Almaniya və Fransa arasında Yelisey sazişinin imzalanmasının 50-ci ildönümü qeyd olunub: "Bu saziş iki düşmən ölkəni bir araya gətirdi və sonradan Almaniya ilə Fransa iki dost, tərəfdaş ölkə oldu. Düşünürdüm ki, əgər Almaniya və Fransa bunu edə bilibsə, şübhəsiz ki, Azərbaycanla Ermənistan da bunu edə bilər. Bundan əvvəl altı ay ərzində Ermənistanın və mayda Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə Dağlıq Qarabağ münaqişənin həlli üçün prioritetlərin müəyyən edilməsi üçün yaxşı fürsət yaranacağına ümid edirəm".
J.K.Minyon həmçinin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son vaxtlar baş verən gərginlikdən narahat olduğunu da bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB