Niyaməddin Orduxanlı: “Leyla Yunus bir vaxtlar separatçı Əlikram Hümbətovu da müdafiə edirdi”
"Leyla Yunus bu gün Azərbaycan dövlətinin, xalqının əleyhinə ermənilərdən daha çox fəaliyyət göstərir". Bu fikri SİA-ya açıqlamasında BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı deyib.
Partiya rəsmisi qeyd edib ki, bu qadını artıq ermənidən daha çox düşmən hesab edir: "Şəxsən mən bu qadını ermənilərdən daha çox düşmən hesab edirəm. Leyla Yunus bütün varlığı ilə Azərbaycan dövlətinin milli maraqlarının əleyhinə fəaliyyət göstərən biridir. Bu adam ömür boyu kimin hakmiyyətdə olmağından asılı olmayaraq fəaliyyətinin əsas istiqamətini milli maraqlara zərbə vurmaqla məşqul olub".
Ona görə də, Leyla Yunusun separatçıları müdafiə etməsini təbii qarşıladığını qeyd edən BAXCP-nin sədr müavini bildirib ki, o, zamanında, elə hazırda da separatçıların qatı müdafiəçisi qismində çıxış edib: "Bu qadın bir vaxtlar separatçı Əlikram Hümbətovu da müdafiə edirdi. İmkanı olsa, Bakıdan gedən ermənilərin də hüquqlarını müdafiə edər. Hətta onun azərbaycanlı olması da insanda şübhə yaradır".
Niyaməddin Orduxanlı onu da vurğulayıb ki, belə bir insanın verdiyi bəyanatı adi qarşılamaq lazımdır: "Kim bu xalqın düşmənidirsə, Leyla Yunus onun yanındadır. Azərbaycan sevməyən beynəlxalq təşkilatlar həmişə Leyla Yunusun verdiyi siyahıya istinad edir. Məqsəd də tam aydındır".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB