Çingiz Qənizadə: “Leyla Yunus hansı Azərbaycan vətəndaşının problemini həll edib?”
"Leyla Yunusun hüquq müdafiəçisi adı altında heç bir fəaliyyəti yoxdur. Bir açıqlama versin ki, Azərbaycan vətəndaşlarından kimin problemini həll edib". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib.
Onun sözlərinə görə, bu insanın hardansa məlumat toplamaqla siyasi məhbus siyahısı tərtib edibsə bu hüquq müdafiəçiliyi deyil, öz maraqlarına xidmət etməkdir: "Leyla Yunus gah Milli Şuranın tərkibində fəaliyyət göstərir, gah Milli Şuranı birləşdirmək üçün addımlar atmağa səy göstərir. Bu adam ancaq şəxsi ambisyalarına görə hərəkət edir. Bu cür yalan siyahılar hazırlamaq müəyyən dairələrin sifarişinə xidmət etməkdən başqa bir şey deyil".
Millət vəkili onu da qeyd edib ki, onun hazırladığı siyahılar ancaq dağıdıcı, radikal mövqedən çıxış etməkdir: "Ona görə də bu cür siyahılar cəmiyyətdə ciddi qəbul edilmir. Bu cür qrupların, təşkilatların təsiri altında siyahıların hazırlanması yolverilməzdir".
Millət vəkili onu da vurğulayıb hüquq müdafiəçisi olaraq, onlar hər zaman müvafiq beynəlxalq təşkilatlara qərəzli tərəflərin fəaliyyətləri haqqında məlumatlar verirlər: "Biz də öz növbəmizdə bu insanın kmliyi, qərəzli fəaliyyəti haqqında beynəlxalq təşkilatlara məlumatlarımızı veririk".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB