Niyaməddin Orduxanlı: “Əmin olun ki,bu savaş heç zaman bitməyəcək”
"10 gün bundan qabaq Müsavat Partiyası "Yurd"a qarşı moratorium tətbiq etmişdi, nə dəyişdi ki? Əksinə, münasibətlər daha da gərginləşdi". Bu fikirləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Müsavat Partiyası Divanının moratoriumu qüvvədə saxlamaq qərarına münasibətini açıqlayarkən bildirib.
BAXCP rəsmisi həm AXCP-nin, həm də Müsavatın bir-birinə qarşı açıq və utanc gətirən təhqirlər yağdırdığını vurğulayıb: "20 ildən artıqdır ki, bu iki təşkilat arasında amansız savaş gedir. Dəfələrlə mən bu barədə açıqlama vermişəm. İndi özləri mətbuatda bunun doğru olduğunu sübut edirlər".
Baş verənləri Əli Kərimli-İsa Qəmbər savaşı adlandıran Niyaməddin Orduxanlı bu qarşıdurmanın qiyamət gününə qədər davam edəcəyini vurğulayıb: "Hamı yaxı bilir ki, Əli Kərmli ilə Qəmbərin savaşı qiyamət gününə qədər dava edəcək. Əmin olun ki, bu savaş heç zaman bitməyəcək. Hər iki şəxs bir-birinə nifrət edir. Bu nifrət heç zaman bitməyəcək".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB