Xəzər Teyyublu: “Partiyalar Milli Şuranın adına görə ora gəlmək istəmirlər”

Xəzər Teyyublu: “Partiyalar Milli Şuranın adına görə ora gəlmək istəmirlər”

Milli Şuranın Koordinasiya Şurasının toplantısından əvvəl Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu adı çəkilən qurumun adının dəyişdirilməsi ilə bağlı təkliflə çıxış edib. SİA xəbər verir ki, KXCP sədrinin müavini Xəzər Teyyublu Mirmahmud Mirəlioğlunun bu təklifinin Milli Şuranın əleyhinə deyil, lehinə olduğunu bildirib: "Mirəlioğlunun bu təklifi qurumun lehinə idi. Adın dəyişdirilməsi onun fəaliyyət istiqamətinin genişləndirilməsinə kömək ola bilərdi. Qurum üzvləri tərəfindən təklifin qəbul olunması daha yaxşı olardı. Partiyalar Milli Şuranın adına görə ora gəlmək istəmirlər. Ona görə də Mirmahmud Mirəlioğlu bütün bunları əsas gətirərək adın dəyişdirilməsini gündəmə gətirdi".

Xatırladaq ki, Milli Şurada fəaliyyət göstərən AXCP rəsmiləri qurumun adının dəyişdirilməsi ilə razı olmadıqlarını bəyan ediblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə