Aydın Mirzəzadə: “Faktları saxtalaşdırmaqla təqdim etmək təşkilatın adi fəaliyyətinə çevrilib” MÜNASİBƏT

Aydın Mirzəzadə: “Faktları saxtalaşdırmaqla təqdim etmək təşkilatın adi fəaliyyətinə çevrilib” MÜNASİBƏT

"2013-cü il üzrə dünyanın 90-na yaxın ölkəsində insan hüquq və azadlıqlarını dəyərləndirən "Human Rights Watch" təşkilatının bu dəfəki hesabatında da Azərbaycanda ifadə, sərbəst toplaşma azadlıqları ilə bağlı qeyri-obyektiv, daha çox isə böhtan xarakterli ittihamlar yer alır. Hesabatda Azərbaycan hakimiyyətinin onlarla siyasi fəalı saxta ittihamlarla həbsə atdığı, tənqidi əhval-ruhiyyəli jurnalistlərin tutulduğu, bir neçə dinc ictimai nümayişlərin dağıdıldığı iddia edilir". SİA-nın məlumatına görə, bu barədə millət vəkili Aydın Mirzəzadə qalmaqallı Beynəlxalq "Human Rights Watch" təşkilatının 2014-cü ilin ilk hesabatı haqqında fikirlərini bölüşərkən deyib.

A.Mirzəzadənin sözlərinə görə, təşkilatın müdafiə etdiyi "siyasi fəallara" qarşı ittihamların məhkəmə prosesində öz təsdiqini tapdığı, onların Azərbaycan qanunlarına qarşı bilərəkdən hörmətsizliyi faktının mövcudluğuna isə "Human Rights Watch" göz yumur və hesabatında yada salmır: "Tənqidi əhval-ruhiyyəli jurnalistlərin isə açıq şəkildə hökuməti tənqid etdiyi və hətta dövlət hesabına tikilən binadan mənzil alması isə xarici QHT-ni qətiyyən maraqlandırmır.

Təşkilat hesabatında 2013-cü ilin oktyabrında keçirilən prezident seçkiləri də yada salır və seçkilərə dair öz şübhələrini bildirir. Beş minə qədər seçki məntəqəsini əhatə edəcək nümayəndələrə malik olmadan seçkini tənqid etməsi xarici təşkilatın siyasi sifariş yerinə yetirdiyi açıq-aydın göstərir. Heç bir əsas olmadan səslərin sayılmasına dair saxta bir rəqəm səsləndirilir və bununla da "Human Rights Watch" özü seçkini saxtalaşdırmaq prosenə dəstək vermiş olur. Təşkilat Bakının yenilənməsi ilə əlaqədar bəzi ailələrin guya yüzlərlə ailənin adekvat kompensasiya ödənilmədən evlərindən çıxarıldığını iddia edir. Lakin bu məsələrin yüzlərlə yox, on minlərlə insanlarla bazar münasibətləri, narazılıq olduqda isə məhkəmə yolu ilə həll edildiyini yazmaq istəmir. Xarici QHT Bakının mərkəzində bir sıra kvartalların artıq çoxdan öz dövrünü başa vurduğunu və problemlərin həm ev sahiblərinin, həm də tikinti şirkətlətinin maraqları nəzərə alındığını hesabatında bildirmək istəmir. Evi söküləcək insanlara qarşı " işgəncə və pis rəftar" iddiası isə ağ yalandan başqa bir şey deyildir".

Millət vəkili bildirib ki, hesabatda həmçinin bir neçə siyasi fəalın həbs edildiyi xüsusi ilə vurğulanır: "Ancaq REAL hərəkatının həmsədri İlqar Məmmədovun, Müsavat partiyasının başqan müavini Tofiq Yaqublunun ötən ilin əvvəlində İsmayıllı şəhərindəki hadisələr zamanı insanları iğtişaşa çağırış etməsi "Human Rights Watch"ı qətiyyən maraqlandırmır. Hansısa hadisəni yarımçıq, faktları saxtalaşdırmaqla təqdim etmək bu təşkilatın adi fəaliyyət normasına çevrilib. Hətta vəziyyət o həddə çatıb ki, təşkilat son romanından sonra yazıçı Əkrəm Əylisliyə qarşı kampaniya aparıldığını bildirir. Bu hesabat çıxandan sonra isə Ə.Əylislinin özü mətbuata açıqlamasında "Human Rights Watch" təşkilatına müəyyən iradlarını bildirmiş və müdafiəsinin Azərbaycanı aşağılamaq şəklində olmamasını bildirmişdi. Azərbaycan nöbəti dəfə xarici QHT-nin böhtanına və saxtakarlığı ilə rastlaşır. Bu birinci dəfə deyildir, müstəqilliyimizin bütün illərində təşkilat ölkəmizə, müstəqilliyimizə qarşı qərəzli mövqe tutur. Bunun siyasi sifariş olduğuna, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun aşağı salınması üçün növbəti cəhd olduğu aşıq-aşkar hiss edilir".

Bütün xəbərlər Facebook səhifəmizdə