ÜGT-nin Avropa Regionu üzrə Milli Tədris Mərkəzləri Rəhbərlərinin I Konfransı keçirilib FOTO
Bu gün Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üzrə Milli Tədris Mərkəzləri Rəhbərlərinin 1-ci Konfransı işə başlayıb. SİA-nın məlumatına görə, konfransda Azərbaycan da daxil olmaqla, 42 iştirakçı və 5 müşahidəçi ölkənin, bir sıra beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak edib.
Tədbirin açılış mərasimində ÜGT-nin Avropa Regionu üzrə sədr müavini, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, ÜGT-nin potensialın gücləndirilməsi üzrə direktoru Erich Kieck və ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Vitali Mikeladze iştirak edib.
Konfrans 3 sessiya - "Aktual məsələlər və gömrük tədrisi üzrə fikir mübadiləsi", "Gömrük tədrisində qabaqcıl yanaşmalar", "Konfransın nəticələri və gələcəyə aparan yol, yekun sənədin hazırlanması" bölmələrindən ibarətdir.
Yanvarın 22-də ilk sessiyada "Gömrük peşəkarlığı və bacarıqlar" mövzusunda milli insan resurslarının inkişafı və tədris strategiyaları - işçi heyətin təkmilləşdirilməsi, bacarıqlar və fəaliyyət; idarənin təşkilati və tədris strategiyaları arasında qarşılıqlı əlaqənin təmin edilməsi; "Təcrübə mübadiləsi" mövzusunda milli təlim-tədris proqramları; karyeranın inkişafı üsulları; təlim-tədris proqramları və digər məlumatların mübadiləsinin təşkili; "Milli Tədris Mərkəzi təsis edərkən infrastruktur və təşkilati çətinliklər" mövzusunda isə infrastruktur, proseslərin təşkili, maliyyə məsələləri, çətinliklər və s. məsələlər ətrafında çıxışlar dinlənilib.
Konfrans üç gün davam edəcək.
Yanvarın 23-də konfransın növbəti sessiyasında "Gömrük tədrisində innovasiyalar" mövzusunda milli gömrük tədrisində innovativ öyrənmə metodları və Milli Tədris Mərkəzləri arasında yeni tədris alətlərini paylaşmaq yolları, "Milli Tədris Mərkəzləri: regionlaşma və tərəfdaşlıq" mövzusunda ÜGT-nin regional strukturları və onların gömrük tədrisinin əlaqələndirilməsi və tədrisin inkişafı sahəsində Milli Tədris Mərkəzləri ilə əməkdaşlığı, tərəfdaş Milli Tədris Mərkəzləri ilə birgə təlim kurslarının təşkilində milli təcrübə və tərəfdaşlıqlar yolu ilə gömrüyün tədrisi məsələlərinə dair təqdimatlar keçiriləcək.
Həmin gün üçüncü sessiyada keçiriləcək və "Gömrük tədrisi üçün ümumi yanaşmanın yaradılması: milli gömrük tədris diaqnostik aləti üçün elementlər" mövzusunda məruzə dinləniləcək.
Daha sonra tədbir iştirakçıları ÜGT-nin Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinə, həmçinin ÜGT-nin Regional Tədris Mərkəzinə ziyarət edəcəklər.
Konfransın sonuncu günü, yanvarın 24-də isə üçüncü sessiyanın davamı olaraq Avropada gömrük tədrisi sahəsində əməkdaşlığın gücləndirilməsi üçün təkliflər nəzərdən keçiriləcək və bununla da tədbirə yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB