Gələn ay Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçirilə bilər
ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn ay Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü keçirməyi planlaşdırırlar. SİA-nın xəbərinə görə, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" hesabında məlumat verib.
C.Uorlik iki ölkə xarici işlər nazirlərinin yanvar ayının 24-də Parisdə görüşəcəklərini xatırladaraq yazıb ki, bu görüşün prezidentlərin fevral ayına nəzərdə tutulan görüşü öncəsi irəli doğru addım olacağına ümid etdiyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB