ADP-çilər keçmiş liderlərini qınadılar

ADP-çilər keçmiş liderlərini qınadılar
Eks-spiker, ACP-nin keçmiş lideri Rəsul Quliyevin son günlər müxalifəti sərt tonda ittiham etməsi vaxtilə sədrlik etdiyi ADP təmsilçilərinin də qınağına tuş gəlib. SİA-nın məlumatına görə, ADP sədri Sərdar Cəlaloğlunun ardınca, bu dəfə onun müavini Taliyət Əliyev Rəsul Quliyevə iradlarını bildirib.

ADP rəsmisi qeyd edib ki, Rəsul Quliyevin öz fikirlərini söyləmək haqqını tanımalıdır, amma bu haqq başqalarının haqqı başlanan yerə qədər olmalıdır: "Bu baxımdan onun müxalifət haqqında dediyi fikirlərin bir çoxu ilə razılaşmaq olar. Amma, bəzi fikirləri də obyektivlikdən uzaqdır. Təkrarçılıq olsa da, qeyd etməliyəm ki, bu gün müxalifətin bu vəziyyətdə olmasının, lap elə Rəsul bəyin dediyi kimi, deqradasiyaya məruz qalmasının ən əsas səbəblərindən biri Rəsul Quliyev də daxil olmaqla, müxalifət liderlərinin bir-birinə olan qeyri-səmimi və qeyri-sağlam münasibətdir".

Qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlu Rəsul Quliyevin durumunda problemlərin olduğunu deyib. Eks-spiker isə S.Cəlaloğlunu ümumiyyətlə, yaddaşından sildiyini iddia edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com