Elçin Mirzəbəyli: “Human Rights Watch” müəyyən maliyyə və siyasi mərkəzlərin əlində təzyiq vasitəsidir”
"Bəzi təşkilatlar artıq Azərbaycana qarşı qərəzli hesabatlar yaymağa alışıblar. Əgər belə təşkilatlar obyektiv bir yanaşma ortaya qoysaydı o zaman təəccüb doğurardı. Onların hesabatlarını biz birmənalı olaraq qarşlıamırıq". Bu fikirləri BAXCP-nin sədr müavini, politoloq Elçin Mirzəbəyli "Human Rights Watch"ın növbəti dəfə Azərbaycana qarşı qərəzli, həqiqəti əks etdirməyən hesabat yaymasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, "Human Rights Watch" kimi bəzi beynəlxalq QHT-lər demokratiya dəyərlərindən sui-istifadə etməklə, əslində, müəyyən maliyyə və siyasi mərkəzlərin əlində təzyiq vasitəsi olmaq yolunu tutublar: "Bu günə qədər bu təşkilat tərəfindən bir dənə də olsun ədalətli və obyektiv hesabat verilməyib".
Politoloq onu da vurğulayıb ki, onlar ayrı-ayrı dövlətlərin maraqlarını ifadə edirlər: "Məqsədyönlü şəkildə dövlətimizə qarşı aparılan kompaniyanın tərkib hissəsinə çevriliblər. Buna görə də onlardan heç bir obyektivlik gözləmirik".
Elçin Mirzəbəyli onu da qeyd etdi ki, bu kimi təşkilatlardan gələcəkdə də bu tipli hesabatlar gözləmək olar: "Ancaq belə hesabatların normal cəmiyyətdə heç bir uğur qazana bilməyəcəyini indidən demək mümkündür".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB