Ukrayna Prezidenti: “Kiyevdəki münaqişəni sülh yolu nizamlamaq üçün hələ imkanlar var”

Viktor Yanukoviç müxalifəti dialoqa çağırıb
Ukrayna Prezidenti: “Kiyevdəki münaqişəni sülh yolu nizamlamaq üçün hələ imkanlar var”

Ukrayna prezidenti Viktor Yanukoviç müxalifəti dialoqa çağırıb. SİA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, V.Yanukoviç ukraynalıları radikal müxalifətçilərin təxribatlarına uymamağa çağırıb.

Ukrayna prezidenti bəyan edib ki, Kiyevdəki münaqişəni sülh yolu nizamlamaq üçün hələ imkanlar var: " Mən bir daha müxalifəti danışıqlar masasına əyləşməyə və qarşıdurmaları dayandırmağa çağırıram. Qan tökülməsinin əleyhinəyəm".

V.Yanukoviç bəyanatında ukraynalıları evlərinə qayıtmağa səsləyib. O vurğulayıb ki, Ukraynada sülh və sabitliyi bərpa edilməlidir. Prezident, siyasi ekstremistlər tərəfindən Kiyevdə qızışdırılan iğtişaşlar nəticəsində baş verən ölüm hallarından təəssüfləndiyini də qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə