Rauf Əliyev I Olimpiya oyunlarına hazırlıqla bağlı məlumat verəcək
Millət vəkili Rauf Əliyev Avropa Şurası Genişləndirilmiş İdman Sazişi üzrə qurumunun İdarə heyətinin iclasında iştirak etmək üçün yanvarın 22-dən 25-dək Fransada səfərdə olacaq. Parlamentdən SİA-ya verilən xəbərə görə, qurumun Strasburq şəhərində keçiriləcək toplantısında cari məsələlərə baxılacaq, Avropa Şurasına üzv ölkələrdə idman sahəsindəki yeniliklərdən danışılacaq.
Millət vəkili müzakirələrdə fəal iştirak edəcək, toplantı iştirakçılarına 2015-ci ildə Azərbaycanda keçiriləcək I Olimpiya oyunlarına hazırlıq işlərinin gedişi ilə bağlı məlumat verəcək, Azərbaycan idmançılarının uğurlarından söhbət açacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB