Zəminə Dünyamalıyeva: “Bu heç vaxt olmayacaq”

Zəminə Dünyamalıyeva: “Bu heç vaxt olmayacaq”
Son günlər AXCP-yə yaxın mətbu orqanlar vaxtilə Milli Şurada təmsil olunan, lakin sonradan bu qurumun sıralarını tərk edən tərəflərin qayıtmaq ehtimalları barədə informasiyalar yaymaqdadırlar. SİA xəbər verir ki, Milli Şuradan istefa vermiş şəxslər bir daha geri qayıtmayacaqlarını bəyan etməkdədirlər. Milli Şuranın keçmiş üzvü, eks-ACP-çi Zəminə Dünyamalıyeva sözügedən məsələyə münasibətini açıqlayarkən bildirib ki, o, Azərbaycan dövləti və dövlətçiliyi istiqamətində heç nə edə bilmədiyi üçün Milli Şuradan çıxıb: "Azərbaycan dövləti, dövlətçiliyimiz üçün heç nə verə bilməyəcəyi üçün Milli Şuradan imtina etmişəm".

Milli Şuranın bundan sonra da heç bir səmərə verməyəcəyini deyən Dünyamalıyeva qurumdan müsbət heç nə gözləmədiyini bildirib: "Nə vaxtsa Milli Şura formalaşsa, mənfi qüsurlarını kənara qoyub dövlət üçün, millət üçün işləsə, bu başqa məsələ. Amma bu da heç vaxt olmayacaq. Çünki Milli Şura elə vəziyyətə gəlib çıxıb ki, ordan yaxşı heç nə gözləmək mümkün deyil".

Xatırladaq ki, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, "Xalq Arzusu" Hərəkatının sədri Asəf Quliyev, "El" Hərəkatının təmsilçisi Köçəri Nağıbəyli və digərləri də sonrakı müddətdə bir daha özlərini Milli Şurada görmədiklərini bəyan ediblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня