Hacıbaba Əzimov sübut edəcək İDDİA

Hacıbaba Əzimov sübut edəcək İDDİA
Milli Şura daxilində yaşanan qalmaqallardan biri də qurumun Korrdinasiya Şurasının üzvü, Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMP) sədri Hacıbaba Əzimovun "El" Hərəkatının funksioneri Mehdibəy Səfərovu separatçılıqda ittiham etməsidir. SİA-nın məlumatına görə, VAMP sədri qarşı tərəfin xarici dövlətin agenti olduğunu və separatçılıq toxumları səpdiyinə dair əsaslı faktlarla çıxış edəcəyini bildirib: "…Kimin nə olduğu, bu ölkəni kimlərin bölmək istədiyi, əlikramçıların kim olduğunu hər kəs yaxşı bilir. Mehdibəyin də, onun yanındakıların da separatçı olduğunu, nəyə xidmət etdiklərini sübut edə bilərəm".

Xatırladaq ki, "El" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev də Hacıbaba Əzimovun hədəfindədir və Elldəniz Quliyev VAMP sədrini sözügedən ittihamlara görə, məhkəməyə verəcəyini bəyan edib. Hacıbaba Əzimov isə qarşı tərəfin buna cürətlərinin çatmayacağını bildirib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com