Türkiyə prezidenti Abdullah Gül, seçkilərdə qalib gəldikdən sonra ölkə xaricinə ilk səfərini Türkiyəyə reallaşdıran Gürcüstan prezidenti Giorgi Margvelaşvilinin şərəfinə rəsmi şam yeməyi verib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, A. Gül, Gürcüstan ilə yeni layihələr həyata keçirərək əlaqələri daha güclü şəkildə davam etdirmək istədiklərini bildirib.
İki ölkə vətəndaşlarının, pasportsuz, sadəcə şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səyahət edə bildiklərinə diqqət çəkən A. Gül, Batum hava limanının iki ölkə tərəfindən ortaq istifadə edildiyini xatırladıb. Gül ayrıca, "gömrüklərdə bir pəncərə" tətbiqinin hədəfləndiyini də bildirib.
Qonaq prezident də, Gürcüstanın ərazi bütövlüyü, hakimiyyəti və Avropa-Atlantik hədəflərinə Türkiyənin təmin etdiyi dəstəyin önəmini vurğulayıb.
Çankaya Köşkündəki yeməyə daxili işlər naziri Əfkan Ala ilə yanaşı, Kasımpaşa futbol komandasının məşqçisi gürcü Şota-Arveladzə ilə Kaysərisporun gürcü futbolçusu Zurab Hizanişvili də qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB