“Yeni Müsavat”dan Cəmil Həsənliyə iztehzalı “təşəkkürlər” TƏHLİL

“Yeni Müsavat”dan Cəmil Həsənliyə iztehzalı “təşəkkürlər” TƏHLİL

Müsavat partiyasının Milli Şuranı tərk etməsindən sonra AXCP ilə aralarında mövcud olan gərgin vəziyyətin daha kəskin şəkildə davam etməsi məlum məsələdi. Son zamanlar isə Milli Şura sədri Cəmil Həsənlinin Müsavat partiyası və "Yeni Müsavat" qəzeti haqqında söylədiklərinə həm partiyandan və həm də qəzetdən cavablar gəlməkdədir.

SİA-nın məlumatına əsasən, "Yeni Müsavat" qəzetinin kollektivi Milli Şura sədrinə yazdıqları məqalədə ona iztehzalı təşəkkürlərini çatdırıblar. Belə ki, qəzet əməkdaşları "Müsavatın tərkindən sonra sürətlə AXCP-nin bir əlavəsinə, daha dəqiqi, dedi-qodu mərkəzinə çevrilən Milli Şura adlı qurumun sədri Cəmil müəllim bizi pozuculuqda və dağıdıcılıqda ittiham edib. Həm də bunu ikinci dəfə təkrarda bulunub.

"Artıq istənilən bir qəzet müxbiri bir telefon zəngi ilə onu bizə qarşı danışdıra, ifadəsini ala bilir" - deyərək, ardınca Cəmil bəyə "təşəkkürlərini" çatdırıblar.

Bu isə ondan xəbər verir ki, artıq Cəmil Həsənlini köləsinə çevirmiş AXCP sədri Əli Kərimli elə onun özündən də Müsavat Partiyasına və "Yeni Müsavat" qəzetinə qarşı istifadə edəcək. İndi gözləyək görək, Müsavat Partiyası və "Yeni Müsavat" qəzeti müxalifət daxilindən kimləri AXCP-yə qarşı düşmənçilik mövqeyində özünə tabe edə bilir.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə