Səməd Seyidov: "20 Yanvar faciəsi AŞPA-da diqqət mərkəzində olacaq"

Səməd Seyidov: "20 Yanvar faciəsi AŞPA-da diqqət mərkəzində olacaq"

"20 Yanvar faciəsi hər zaman Avropa Şurası Parlament Assambleyasının diqqət mərkəzindədir". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, indiyə qədərə AŞPA-da bununla bağlı müvafiq qətnamələr qəbul olunub və bundan sonra da 20 Yanvar faciəsi AŞPA-da diqqət mərkəzində olacaq.

S.Seyidov həmçinin AŞPA Nazirlər Komitəsində Azərbaycanın gözlənilən sədrliyi məsələsinə də toxunub: "Azərbaycan AŞPA Nazirlər Kabinetində 2014-cü ilin yayından etibarən sədrlik edəcək. Hazırda Azərbaycanın sədrliyi ilə bağlı fəaliyyət planının razılaşdırılması istiqamətində iş gedir".

Bütün xəbərlər Facebook səhifəmizdə