Yanvar hadisələrinin 24-cü ildönümü ilə əlaqədar Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində anma mərasimi keçirilib.
SİA xəbər verir ki, mərasimdə Azərbaycanın azadlığı uğrunda şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan səfir Rasim Rzayev 1990-cı ilin 20 yanvar tarixində Sovet ordusu tərəfindən Azərbaycanda törədilmiş faciə və azadlığı uğrunda küçələrə çıxan dinc sakinlərə qarşı törədilən cinayətlər haqqında geniş məlumat verib.
O bu faciənin insanlığa qarşı cinayət olduğunu qeyd edib.
R. Rzayev baş vermiş faciədən dərhal sonra Ümummilli Lider Heydər Əliyevin Moskvada Azərbaycanın nümayəndəliyinə gələrək ilk dəfə bu hadisəni törədən cinayətkarların adlarını açıq şəkildə bəyan etdiyini xatırladıb.
O vurğuıayıb ki, 20 Yanvar hadisəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcək.
Tədbirdə hadisə haqqında "Azadlığa gedən yollar" adlı sənədli film nümayiş edilib.
Tədbir iştirakçıları 1990-cı ilin 20 yanvarında Bakıda baş vermiş faciəni əks etdirən foto-sərgiyə baxıb, "İRS" jurnalının xüsusi buraxılışı ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB