Səudiyyə Ərəbistanında geniş oxucu auditoriyasına malik olan "Əl-Cəzirə" qəzetinin 18 yanvar tarixli nömrəsində 1990-cı il 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyinin yazısı dərc olunub.
SİA-nın məlumatına görə, yazıda 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş Sovet rejiminin qoşunlarının erməni quldur dəstələri ilə birlikdə Bakıya yeridilərək Azərbaycan xalqına qarşı misli görünməmiş qırğının törədildiyi qeyd olunub.
Məlumatda, hələ 1988-ci ildən başlayaraq keçmiş Sovet İttifaqı kommunist partiyasının rəhbərləri tərəfindən ermənilərin dəstəklənməsi və Dağlıq Qarabağı Azərbaycandan alıb Ermənistana birləşdirilməsi istiqamətində cəhdlər göstərildiyi vurğulanıb.
Materialda 20 Yanvar və ölkəmizin tarixində ondan əvvəlki faciəli hadisələrin xalqımıza qarşı düşünülmüş siyasətin növbəti təzahürü olduğu, habelə Sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin bir mərhələsi olduğu barədə məlumatlar da öz əksini tapıb.
Bildirilmişdir ki, 1990-cı ilin 20 yanvar qığını Azərbaycan xalqı üçün faciəli olmasa da, xalqımızın milli azadlıq uğrunda əzmini qıra bilməyib və 1991-ci ildə Azərbaycanın müstəqilliyini əldə edilməsinə yol açıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB