Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə bir sıra tədbirlər keçirilib. SİA-nın məlumatına görə, Küveytli müəllim, elmi işçi, və gənc ziyalılardan ibarət qonaqların iştirakı ilə səfirlikdə "dəyirmi masa" təşkil olunub.
Tədbir iştirakçılarına Sovet qoşunlarının Bakıda və Azərbaycanın digər şəhərlərində dinc əhaliyə qarşı törətdikləri vəhşiliklə bağlı geniş məlumat verilib, ərəb dilində sənədli film nümayiş etdirilib.
Tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra "dəyirmi masa" iştirakçıları ilə fikir mübadiləsi əsnasında o zaman Moskvada güclü nəzarət və təzyiq altında olan Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin hadisədən dərhal sonra öz həyatını təhlükəyə ataraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi orada dünyanın nüfuzlu kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirərək baş verən hadisəni şiddətlə qınaması, cinayətkarların cəzalandırılması tələbi ilə çıxış etməsi, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırması və onları Azərbaycanın səsinə səs verməyə çağırması xüsusi qeyd olunub.
Tədbir iştirakçılarına səfirlik tərəfindən ərəb dilində nəşr etdiriən "Qanlı Yanvar Faciəsi" fotoalbomu, sənədli filmin yer aldığı disklər təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB