Dəyəri işğalçı ölkənin dövlət büdcəsinə bərabər heroin aşkar olunub
Ermənistan dünya rekordu qırdı

Ermənistanın Milli Təhlükəsizlik Xidməti İrandan Ermənistan ərazisi vasitəsi ilə Gürcüstana aparılan böyük miqdarda narkotik partiyasını aşkarlayıb. SİA-nın erməni saytına istinadən məlumatına görə, İranla Ermənistan sərhədində Meğri sərhəd-keçid məntəqəsində Ermənistanın gömrük əməkdaşları avtomobilə baxış zamanı 927 kiloqram heroin aşkarlayıb. Narkotikin təxmini qiyməti 100-200 milyon dollar arasında hesablanır. Avtomobilin sürücüsü 1953-cü il təvəllüdlü Gürcüstan vətəndaşı Avtandil Martiaşvili saxlanılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, narkotik qaçaqmalçılığının təşkilatçılarından biri Türkiyə vətəndaşıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə