Niyaməddin Orduxanlı: “İnandırıcı görünmür ki, Mirmahmud ağa Əli ilə bir yerdə fəaliyyət göstərsin”

Niyaməddin Orduxanlı: “İnandırıcı görünmür ki, Mirmahmud ağa Əli ilə bir yerdə fəaliyyət göstərsin”

"Milli Şuranın yanvarın 16-da keçirilən iclası yenə də dava-dalaş, intriqalarla yadda qaldı. İki nəfərin isə Şuradan istefası xüsusilə diqqət çəkən məqamlardan oldu. İstefa verənlər Eldar Namazovun rəhbərlik etidyi hərəkatın üzvüləridir". Bu fikirləri SİA-ya BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, bu qurum çox acınacaqlı vəziyyətə düşüb: "Cəmil Həsənlinin dilindən çıxan məlumata əsasən 130 nəfərlə təsis olunan Milli Şura 60 nəfərlə sessiya keçirib. 40 nəfərdən çoxu bu günə kimi şuradan istefa verib. Artıq bu qurum legitimliyini də itirib".

Niyaməddin Orduxanlı onu da vurğulayıb ki, yaxın zamanlarda Mirmahmud Mirəlioğlu da Əli Kərimlinin yanından uzaqlaşacaq: "İnandırıcı görünmür ki, Mirmahmud ağa Əli ilə bir yerdə fəaliyyət göstərsin. Ən azından Azərbaycan cəmiyyətinə "Yurd həqiqətləri" ni çatdıran Mirmahmud ağanın Əli kimi bir insanın yanında qalması gülünc doğuran amillərdəndir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə