Səxavət Əlisoy: “AXCP və Müsavat zəifləyəcək”

Səxavət Əlisoy: “AXCP və Müsavat zəifləyəcək”
Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoyun bildirdiyinə görə, AXCP-nin onun təmsil olunduğu partiyanı hakimiyyətlə iş birliyində ittiham etməsi qərəz və cəfəngiyyatdır. SİA xəbər verir ki, müsavatçı funksioner qarşıdurmanın səbəbi kimi partiyaların birləşə bilməməsini görür: "Sadəcə olaraq, bütün bunların kökündə dayanan məsələ AXCP ilə Müsavat Partiyasının birləşə bilməməsidir, siyasi təkəbbür məsələsidir. Heç kim güzəştə getmək barədə düşünmədiyinə görə, bu proses baş verir. Bunlar hamısı birləşməməyin fəsadlarıdır".

20 ilə yaxındır ki, AXCP ilə Müsavat Partiyası arasında lal, sükutlu bir savaşın mövcud olduğunu deyən Əlisoy zaman-zaman bu amilin özünü qabartdığını deyib və qeyd edib ki, nəticədə hər iki partiya bütövlükdə zəifləyəcək.

O deyib ki, iki partiya arasında olan qarşılıqlı ittihamlar mütləq hər onların zəifləməsinə və cəmiyyətdə nüfuzdan düşməsinə gətirib çıxaracaq.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня