Vüqar Rəhimzadə: "Azərbaycan cəmiyyəti dağıdıcılara öz yerini göstərib" AÇIQLAMA

Vüqar Rəhimzadə: "Azərbaycan cəmiyyəti dağıdıcılara öz yerini göstərib" AÇIQLAMA

"Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və digərləri qeyri-ciddi olduqlarını dərk etsələr də, ictimai diqqəti yayındırmaq üçün yenə də dəridən-qabıqdan çıxmaqdadırlar. 2013-cü il 9 oktyabr prezident seçkiləri bu ünsürlərin hansı nüfuza, sosial dayağa malik olduqlarını, xalqın onlara qarşı dəyişməz olan "yox" cavabını bir daha nümayiş etdirdi". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə AXCP sədri Əli Kərimlinin ifşası ilə bağlı məsələləri şərh edərkən bildirib.

Baş redaktorun sözlərinə görə, "Yeni Müsavat"ın yazarı Xalid Kazımlının silsilə məqalələrində AXCP sədri Əli Kərimlinin siyasi fəaliyyətini təftiş etməsinin özü müsbət hal kimi dəyərləndirilir: "Əli Kərimlinin mövqesizliyini, ikiüzlü, riyakar, satqın və yaltaq obrazını təsdiqləyən xeyli sayda faktlar var. Ə.Kərimli illərlə fəaliyyətini şəxsi ambisiyaları üzərində qurub. AXCP sədri yaxşı olar ki, dünya praktikasına müraciət edib bu gerçəkliklə barışmağa cəsarət etsin - Bir siyasi partiya ölkədə keçirilən bir neçə seçki prosesində məğlubiyyətə uğrayırsa, bu özü-özlüyündə onun siyasi meydanı tərk etməsi deməkdir. Lakin dağıdıcı ünsürlər hər bir seçki prosesində biabırçı məğlubiyyətlərindən dərs almaq əvəzinə, yenə də utanmadan böyük sosial bazadan, dəstəkdən, xalqın onlara inamından danışırlar. Əli Kərimlilərin, İsa Qəmbərlərin simasızlığının, mənəviyyatsızlıqlarının görünən tərəflərinin çoxluğu fonunda hələ görünməyən amillər daha qabarıq şəkildə özünü büruzə verir. Əməlləri ilə təsdiqlədiyi simasız obrazına hər zaman yeni rənglər qatan Əli Kərimli, İsa Qəmbər artıq satqınlığın, xəyanətkarlığın burulğanında çapalamaqdadır. Xalq bu ünsürlərin atdıqları həraddımlarında bütün insani keyfiyyətləri unutduqlarını görür".

V.Rəhimzadə qeyd edib ki, keçmiş gələcək fəaliyyətin müəyyənləşdirilməsində əsas olmalıdır: "Dağıdıcı ünsürlər birillik fəaliyyətləri dövründə ölkəni hansı durumla üz-üzə qoyduqlarını yada salsınlar. Şəxsi ambisiyalarının quluna çevrilənlər üçün dövlətin, xalqın mənafeyi, milli maraqları arxa planda idi. İdarəçilik qabiliyyəti, səriştəsi olmayan AXC-Müsavat iqtidarı ölkəni məhvə düçar etmişdir. Bu, Azərbaycanın müstəqillik tarixinin acı və facifəvi bir səhifəsidir. Xalq o dəhşətli anları, o günləri, faciələri daim xatırlayır. Çünki "keçmişini unudan, tarixini unudar" deyiblər.Tariximizin hər bir səhifəsinə diqqət yetirmək və ondan dərs almaq gərəkdir".

"Əli Kərimli, İsa Qəmbər kimilər o dövrdən tutduqları vətənə xəyanət yolunu bu gün də davam etdirirlər. Vətənpərvərlik duyğularından məhrum olanların bir adı var-mənəviyyatsızlıq" söyləyən V.Rəhimzadə bildirib ki, vətəndaşlıq təəssübkeşliyi dövlətçilik maraqlarının qorunmasında əsas olsa da, dağıdıcılar daim bu amili arxa plandasaxlayıblar. Ölkəsini, xalqını düşünməyənlərin xalqdan cavabı da hər zaman "yox" olacaq.

V.Rəhimzadə qeyd edib ki, "Milli Şura"nın oyuncaq qurum olması da orda təmsil olunanların bu və ya digər antiazərbaycan, ermənipərəst xarici dairələrin əlində alət olmalarından irəli gəlir: "Bu qurumda birləşənlər daim riyakarlıqları ilə diqqətdə olublar. Ona görə də onların bu gün bir-birlərini ittiham yağışına tutmaları heç kəsdə təəccüb doğurmur. Çünki ictimaiyyət mütəmadi olaraq dağıdıcı düşərgədə belə "sandıqların açılması"nın şahidi olub".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня