Milli Şura sədri Cəmil Həsənlinin "Yeni Müsavat" qəzetini dağıdıcılıq və pozuculuqda ittiham etməsi qəzetin baş redkatoru Rauf Arifoğlu tərəfindən daha kəskin cavabla qarşılanıb. SİA-nın məlumatına görə, Rauf Arifoğlu Cəmil Həsənliyə kiçik bir xatırlatma edərək, onu öz funksiyasını terinə yetirə bilməməkdə suçlayıb.
"AXCP-Müsavat münaqişəsi yeni başlayanda, şəxsən Cəmil Həsənli ilə görüşərək, xahiş etmişdim, təşəbbüs göstərmişdim ki, AXCP rəhbərliyi ilə danışsın, bu münaqişəni böyütməyək, bunun həlli yollarını tapaq. Çünki bu, Azərbaycan müxalifətinə heç bir fayda verməz. Dağıdıcılıqla, məşğul olmaq istəyən bir insan bu təşəbbüsü göstərərmi? Təəssüf ki, Cəmil Həsənli sonradan AXCP ilə Müsavat arasında münaqişə başlayanda da, qızışanda da, "Yeni Müsavat"-"Azadlıq" qəzeti və AXCP arasında münaqişə qızışanda da özünün ağsaqqal və müxalifətin lideri mandatından istifadə edərək, heç bir fəaliyyət göstərmədi".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB