Mübariz Qurbanlı: “Azərbaycan-NATO əlaqələri Cənubi Qafqazda əhəmiyyətli rol oynayır”-EKSKLÜZİV
"Azərbaycanın NATO-ya inteqrasiyası yüksələn xətlə inkişaf edir". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.
YAP İcra katibinin müavini qeyd edib ki, Azərbaycan-NATO əlaqələrinin möhkəmləndirilməsi Cənubi Qafqazdakı vəziyyətin, xüsusilə Dağlıq Qarabağ probleminin həll olunmasında kifayət qədər əhəmiyyətli rol oynayır: "Prezident İlham Əliyev Brüsselə səfəri zamanı vurğulayıb ki, Azərbaycan NATO ilə əməkdaşlığa maraqlıdır".
Partiya rəsmisi onu da bildirib ki, bu gün Azərbaycan öz potensialı, gücü sayəsində dünyanın lider ölkələrindən birinə çevrilməkdədir: "Məhz bizim ölkəmizin NATO ilə əməkdaşlıq çərçivəsində göstərdiyi təşəbbüslər, reallaşdırdığı əməli işlər bir daha sübut edir ki, ölkəmiz beynəlxalq arenada söz sahibinə çevrilməkdədir".
Mübariz Qurbanlı onu da vurğulayıb ki, Azərbaycanın bütün istiqamətlərdə qurduğu uğurlu təmaslar, əldə edilən nailiyyətlər gələcəkdə ölkəmizin maraqlarının tam olaraq təminatının şərtləndirən amillərdəndir.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB