20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunan dəyirmi masa keçirilib YENİLƏNİB
Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunan dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə millət vəkilləri, ziyalılar, ictimaiyyət nümayəndələri, QHT rəhbərləri, media nümayəndələri iştirak edib.
AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov dəyirmi masanı giriş nitqi ilə açaraq deyib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı tarixə 20 Yanvar faciəsi kimi düşüb: "Həmin dövrdə Sovet İttifaqı dağılmağa məhkum süni bir qurum idi. Çox təəssüf ki, bu ittifaqın dağılması Azərbaycanda 20 Yanvar hadisələri ilə eyni dövrə təsadüf etdi. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi".
V. Əlibəyov demokratik cəmiyyətlərdə Vətəndaş Cəmiyyətinin rolu haqqında da danışıb: "Azərbaycan vətəndaşları 1990-ci ildə milliyətindən, dinindən, irqindən asılı olmayaraq meydanlara toplaşaraq, ölkəmizin müstəqilliyinə nail olmaq istəyirdilər. 1990-cı ilin əvvəllləri Vətəndaş Cəmiyyətinin formalaşmasının ilk rüşeymləri idi. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar".
Daha sonra hüquq elmləri doktoru, professor Kamil Səlimov qeyd edib ki, 1990-ci il 20 yanvar hadisələrindən öncə Qazaxıstanda, Gürcüstanda, Vilnusda mərkəzi hökumətlə toqquşmalar baş verirdi. Bundan sonra 3-cü və 4-cü toqquşma artıq Azərbaycanda reallaşdırıldı. Azərbaycanda o zaman hakimiyyətdə olan insanlar məğlubiyyət siyasətini aparırdılar. Çox təəsüf ki, həmin dövrdə 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsinə qarşı hücum siyasəti lazımi səviyyədə həyata keçirilmədi. Baxmayaraq ki, SSRİ-i Ali Soveti bu qərarları təsdiq etmirdi, lakin SRRİ Nazirlər Kabineti Ermənistanın qəbul etdiyi qərarlara əsasən müəyyən müəssisələrin fəaliyyətini işğalçı ölkənin nəzdinə keçirmişdi".
Sonra əməkdar jurnalist Altay Zahidov və digələri çıxış edərək 20 yanvar hadisələri ilə bağlı fikirlərini bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB