İqbal Ağazadə: “Cəmi Həsənli hələ Milli Şuranın demirəm, AXCP-nin rol dublyorunu həyata keçirdi”

İqbal Ağazadə: “Cəmi Həsənli hələ Milli Şuranın demirəm, AXCP-nin rol dublyorunu həyata keçirdi”
Ümid Partiyasının sədri İqbal Ağazadə AXCP və Müsavat partiyaları arasında baş verən ziddiyyətə və Milli Şuranın fəaliyyətinə qarşı sərt mövqe nümayiş etdirib. SİA xəbər verir ki, Ümid sədri müxalifətyönlü mətbuata verdiyi müsahibəsində ənənəvi düşərgədə avtoritar idarəçiliyin hökmü sürdüyünü iddia edib: "Müsavat müsavatçılıq ideologiyası ilə yanaşı fərqli fikirlərə də yer verən təşkilatdır. Məsələn, orada başqan müavinlərindən fərqli cür düşünənlər, iclaslarda fərqli müzakirə aparan, fərqli fikir söyləyənlər mövcuddur, yaxın olduqları qəzetə diktə etmirlər və sair. Amma AXCP belə deyil, onlar daha yığcam qurumdur, orada demokratiyanın işartıları yox, avtoritarizmin özü var".

Milli Şuranın, eləcə də müxalifətin "yeni lideri" kimi təqdim edilən Cəmil Həsənli amilinə də toxunan İqbal Ağazadə qeyd edib ki, bu heç də belə deyil: "Mən düşünmürəm cəmiyyət yeni lider qazanıb…Cəmi Həsənli hələ Milli Şuranın demirəm, AXCP-nin rol dublyorunu həyata keçirdi. Bu da zəif bir dublyorluq oldu, məsələn, Əli Kərimli bu rolu daha yaxşı ifa edə bilərdi. Bu cür radikal xəttin, radikalizmin nəticəsi odur ki, xalq qorxudulub, prosesdə yoxdur".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня