“Ermənistan istənilən dönəmdə Rusiya üçün “qurbanlıq heyvana” çevrilə bilər" AÇIQLAMA

“Ermənistan istənilən dönəmdə Rusiya üçün “qurbanlıq heyvana” çevrilə bilər" AÇIQLAMA

"Ermənistan istənilən dönəmdə Rusiya üçün "qurbanlıq heyvana" çevrilə bilər". Bu sözləri SİA-ya millət vəkili Zahid Oruc Rusiya Ermənistan münasibətlərindən danışarkən deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz arialında nüfuz savaşı həmişə gedib: "Cənubi Qafqazda qərarlaşmaq, öz maraqlarını sürdürmək, iqtisadi-siyasi proseslərdə əsas rol oynamaq niyyəti ilə bağlı Qərblə Rusiya arasında savaş heç zaman dayanmayıb. İlk baxışda Ermənistan öz məqsədlərini həyata keçirmək üçün gah NATO, gah Avropa Birliyi gah da Rusiyaya yaxınlaşdığını ortaya qoyaraq balanslı siyasət yürütdüyünü göstərmək istəyir. Hərbi cəhətdən hər üç tərəflə eyni məsafə və davranışlara malik olduğunu sərgiləməyə çalışır. Amma əslində isə mənzərə tamam fərqlidir. Ölkə iqtisadiyyatının 80 faizə qədəri Rusiya tərəfindən işğal olunub. Siyasi hakimiyyətlər Kreml tərəfindən müəyyənləşdirilir. Bütün addımlara onlar qərar verir, lazimi vəziyyətlərdə onlara dur demək niyyətləri də ortadadır. Hətta prezidentliyə namziəd olan Ovanasyan indi Ermənistanı tərk etmək niyyətindədir. O deyir ki, Ermənistanın müstəqilliyi tamamilə formal xarakter daşıyır və orada vətəndaş kimi yaşamaq onun ağlına, şüuruna, hissiyatına toxunur".

Z. Oruc qeyd edib ki, istənilən məqamda Rusiya Ermənistanı güdaza verə bilər və bu hal normaldır: "Müstəqil olmayan ölkənin xarici siyasət kursu da formal xarakter daşıyır".

Bütün xəbərlər Facebook səhifəmizdə