Aydın Hüseynov: “Azərbaycan Avropa üçün önəmli ölkəyə çevrilib” AÇIQLAMA

Aydın Hüseynov: “Azərbaycan Avropa üçün önəmli ölkəyə çevrilib” AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri həm NATO, həm də Avropa İttifaqı ilə əməkdaşlığa yeni üfüqlər açacaq". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.

Aydın Hüseynovun sözlərinə görə, bu səfər çərçivəsində NATO rəhbərliyi ilə Prezident İlham Əliyevin görüşü də gözlənilir: "Bu isə bizə gələcəkdə bir çox üstünlüklər qazandıracaq. Belə ki, artıq Azərbaycan NATO standartlarına uyğunlaşaraq, qurumla əməkdaşlığı daha da genişləndirir. Ümumiyyətlə, bu səfər NATO ilə əməkdaşlığımızın növbəti mərhələlərdə də daha intensiv olacağına əlverişli zəmin yaradacaq. Bununla belə, Prezident Belçikaya səfəri çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort ilə görüşüb. Bu isə Avropa İttifaqı ilə Azərbaycanın inteqrasiyasi deməkdir. Məlumdur ki, dövlətimiz artıq Avropa üçün önəmli ölkəyə çevrilib. Bu gün Avropa Azərbaycanı tərəfdaş bir ölkə kimi qəbul edir. Avropanın Azərbaycana maraqları daha genişdir. Təbii ki, bu maraqlar da Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində formalaşıb".

Bütün xəbərlər Facebook səhifəmizdə