Rusiya Dumasının deputatı: “Qanlı yanvar Qarbaçov və onun erməni katibinin hakimiyyəti saxlamaq üçün törətdikləri faciədir”
"Qanlı yanvar Qorbaçov və onun erməni katibinin hakimiyyəti saxlamaq üçün törətdikləri faciədir". Bu sözləri SİA-ya eksklüziv açıqlamasında Rusiya Dumasının azərbycanlı deputatı Rafiq Qafarov 20 yanvar hadisələrinə münasibətini bildirərkən deyib.
Onun sözlərinə görə, Mixail Qorbaçov və onun erməni katibi 20 yanvar günü günahsız insanların qanının axıdılmasında birbaşa təqsirkardırlar: "Bu cür ağılsız hərəkətləri ilə onlar Boris Yeltsin və onun komandasını da hakimiyyətə gətirdilər. Qanlı yanvardan 24 il keçsə də, hər il ildönümü zamanı insanlar o faciəni bir daha yaşayır və günahsız insanların ölümü adamı dəhşətə gətirir. Dinc əhalinin üzərinə tanklarla hücum edərək qanlarına qəltan etmələri bağışlanılmazdır. Mən öz adımdan bütün azərbaycanlılara dərin hüzünlə başsağlığı verirəm. Allah rəhmət eləsin!"
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB