Minsk qrupunun həmsədrləri ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüblər

Minsk qrupunun həmsədrləri ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüblər

ATƏT-in Minsk qrupunun həmsədrləri və təşkilatın fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

SİA ATƏT-in rəsmi saytına istinadən məlumat verir ki, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter Berndə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

Görüş zamanı ATƏT-in fəaliyyətdə olan sədri və Minsk qrupunun həmsədrləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib. D.Burkhalter onların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilik səylərindən məmnun qaldığını ifadə edib.

Həmsədrlər və A.Kaspşik İsveçrənin Federal Xarici İşlər Departamentinin dövlət katibi İv Rosye ilə görüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə