Sergey Jeleznyak: “Rusiya təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəyini alqışlayırıq“

Sergey Jeleznyak: “Rusiya təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəyini alqışlayırıq“

"Rusiyanın bütün beynəlxalq fəaliyyəti hərbi münaqişələrin həllinə yönəldilib". Bu haqda SİA-ya eksklüziv açıqlamasında Rusiya Dumasının deputatı Sergey Jeleznyak Fransanın paytaxtı Parisdə keçiriləcək "Cenevrə-2" beynəlxalq konfransına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiyanın səyləri Yaxın Şərqdə baş verən insan itkiləri və fövqəladə hadisələrin həllinə istiqamətlənib: "Rusiya real hərbi böhran vəziyyətdən çıxış yolunu beynəlxalq hüquq və həmin ölkələrin vətəndaşlarının maraqları çərçivəsində diplomatik yolla həll olunmasında görür. Buna görə Cenevrə-2 beynəlxalq konfransının hazırlığı çərçivəsində Suriya məsələsinin həlli üzrə Rusiya təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəyini alqışlayırıq və bunu məhz rəsmi Moskvanın mövqeyinin böyük təsdiqi hesab edirik".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə