Əhməd Oruc: “Milli Şuranın bundan sonrakı fəaliyyəti imitasiya xarakteri bağışlayacaq”

Əhməd Oruc: “Milli Şuranın bundan sonrakı fəaliyyəti imitasiya xarakteri bağışlayacaq”
"Mənim Milli Şuraya münasibətim bu qurum yaranandan bəllidir. Bu qurum sadəcə oyun idi və oraya afersitlər yığılıb". Bu sözləri "Azadlıq" Partiyasının sədri Əhməd Oruc Müsavatın Milli Şuradan ayrılmasına fikir bildirərkən deyib.

Baş verən son prosesləri uğursuz layihə adlandıran partiya sədri eyni zamanda qeyd edib ki, bu layihənin əsas oyunçusu Rüstəm İbrahimbəyov həmin oyunu başa çatdırıb: "Təsisatı islamçılar, liberallar, Rəsul Quliyev və digərləri tərk etdi. Beləliklə, kabab iyinə yığılanlar sonradan kənara çəkildilər" - deyə Əhməd Oruc qeyd edib.

Milli Şurada müsavatçıların azlıq təşkil etdiyini deyən Əhməd Oruc AXCP-nin çoxluq təşkil etdiyini bildirib: Bu baxımdan, müsavatçılar ya balansı öz xeyirlərinə dəyişdirməli, ya da Milli Şuranı tərk etməliydilər. Müsavatın balansı öz xeyirlərinə dəyişdirməyə resursları yox idi".

Ümumiyyətlə, AXCP ilə Müsavat partiyaları arasında 20 ildir ki, münaqişə getdiyini xatırladan "Azadlıq" Partiyasının sədri bu faktorun müxalifət birliyinə kifayət qədər xələl gətirdiyini vurğulayıb: "Milli Şuranın bundan sonrakı fəaliyyəti isə sadəcə imitasiya xarakteri bağışlayacaq".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com