“2014-cü il ölkə iqtisadiyyatında mühüm məqamlarla yadda qalacaq” AÇIQLAMA

“2014-cü il ölkə iqtisadiyyatında mühüm məqamlarla yadda qalacaq” AÇIQLAMA

"Ötən gün ölkə başçısının sədrliyi ilə 2013-cü ilin sosial-iqtisadi yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrinə dair Nazirlər Kabinetinin iclasında çıxışı zamanı Prezident İlham Əliyev son dərəcədə mühüm məsələlər üzərində dayanıb. İclasda 2013-cü ildə Azərbaycanda bütün sahələr üzrə görülən işlər, əldə olunan uğurlar təhlil olunub. Orada səslənən hesabatlara nəzər yetirsək görərik ki, Azərbaycan 2013-cü il uğurlu il kimi yola salıb". Bu sözləri millət vəkili Fəzail Ağamalı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən iclasda dövlət başçısının 2014-cü ili "Sənaye ili" elan etməsi məsələsinə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, ötən il milli peykimizin orbitə buraxılması, "Şahdəniz 2" layihəsinin reallaşması ilə bağlı əldə olunan razılaşmalar, ölkə keçirilən Prezident seçkilərinin uğurla başa çatması və digər sosial sahələrdə əldə olunan uğurlar dünyada iqtisadi böhranın tüğyan etdiyi bir vaxtda Azərbaycanda dinamik inkişafın olduğunu bir daha ortaya qoydu: "Ötən ilin ölkəmizdə İKT ili elan edildi. 2013-cü ildə bu sahə ilə bağlı bir çox mühüm işlər görüldü, uğurlar əldə olundu. Ölkə başçısı tərəfindən bu ilin "Sənaye ili" elan edilməsi, bununla bağlı fəaliyyət planının hazırlanması ilə bağlı verdiyi göstəriş və tapşırıqlar əminəm ki, bu Azərbaycanın sənaye cəhətdən inkişafına daha da təkan verəcək. Burada söhbət Azəraycan iqtisadiyyatının bütün sahələrini ehtiva edən ayrı-ayrı sənaye sahələrinin yaradılmasından gedir. Bura həm ağır, həm də yüngün sənaye daxildir. Mən əminəm ki, bu il ölkəmizin iqtisadiyyatında mühüm məqamlarla yadda qalacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə