Qoşa Sarkisyanlar Ermənistanı Kalininqrada çevirmək niyyətindədir

Qoşa Sarkisyanlar Ermənistanı Kalininqrada çevirmək niyyətindədir

"Ermənistan Kalininqrada çevirərək Gürcüstana qarşı istifadə edəcəklər". Bu haqda SİA Ermənistanın "Lragir" nəşrinə istinadən xəbər verir. Nəşrin verdiyi məlumata görə, Ermənistanın Gömrük İttifaqında fəaliyyət göstərməsi üçün məlum olduğu kimi ümumi sərhədlərin olmamasından dolayı Ermənistanda Kalininqrad variantını tətbiq etmək planlaşdırılır. Ermənistanın baş-naziri Tiqran Sarkisyan da keçirdiyi sonuncu mətbuat konfransında bunu bildirmişdi. Daha sonra isə həmin sözləri təkzib edərək, Kalininqradın onlara Rusiya tərəfindən təklif edilmədiyini və sadəcə həmin məsələnin müzakirə olunduğunu bildirmişdi.

Erməni nəşri isə bu mexanizmin və Kalininqrad təcrübəsinin Ermənistanda nə dərəcədə tətbiq ediləcəyinin mümkün olub-olmamasını aydınlaşdırıb: "Yəqin ki, baş nazir özü də bilmir ki, Kalininqrad "xüsusi iqtisadi zona" sayılır, güzəştli vergi rejimi Rusiyanın digər regionları ilə müqayisədə Kalininqrada böyük üstünlük verir.

Bir sözlə, Kalininqrad Rusiyanın digər bölgələrinə daşınan malların gömrük rüsumlarından azaddır. Belə ki, emal edilmiş mal Kalininqraddan Rusiyanın digər bölgələrinə daşındığı halda onlar gömrük rüsumlarından azad edilir, hətta orada vergi tənzimlənməsi vasitələri də tətbiq edilmir. Heç bir halda Ermənistanda bu rejim tətbiq edilə bilməz, çünki Rusiya gömrük rüsumları olmadan Ermənistana başqa ölkələrdən idxal etməsinə imkan verməyəcək".

Nəşr qeyd edir ki, Ermənistanda isə hazırda Tiqran və Serj kimi qoşa Sarkisyanlar Kallininqraddakı proqramı rəsmi İrəvanda tətbiq etmək niyyətindədirlər.

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə