“Dövlətimiz 2014-cü ildə inkişaf etmiş sənaye ölkəsi kimi özünü təsdiq edəcək" AÇIQLAMA

Aydın Hüseynov: "2014-cü ilin “Sənaye ili” elan edilməsi Azərbaycan dövləti və xalqı üçün sevindirici amildir"
“Dövlətimiz 2014-cü ildə inkişaf etmiş sənaye ölkəsi kimi özünü təsdiq edəcək" AÇIQLAMA

"Prezident İlham Əliyevin 2014-cü ili "Sənaye ili" elan etməsi Azərbaycan dövləti və xalqı üçün sevindirici amildir. Bunun üçün ölkəmizdə konkret Dövlət proqramları mövcuddur və əldə olunan nailiyyətlər kifayət qədərdir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2013-cü ilin sosial-iqtisadi yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrinə dair Nazirlər Kabinetinin iclasında çıxışı zamanı 2014-cü ili "Sənaye ili" elan etməsi məsələsinə münasibət bildirərkən deyib.

"Bu bir daha onu göstərir ki, dövlətimiz gələcəkdə inkişaf etmiş sənaye ölkəsi kimi özünü, sözün əsl mənasında, beynəlxalq arenada təsdiq edəcək. 2013-cü il Prezident İlham Əliyev tərəfindən" İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) ili" elan olunmuşdu. Təbii ki, bu sahədə də ən böyük nailiyyətimiz Azərbaycan peykinin orbitə çıxarılması oldu. 2012-ci illə müqayisədə ümumi daxili məhsulun (ÜDM) tərkibindəki sənayi istehsalının həcmi 10 faizə qədər artıb. Ölkədə aparılan iqtisadi siyasətin başlıca hədəfi ölkə iqtisadiyyatının neftdən asılılığını birmənalı olaraq azaltmaq və qeyri-neft sektorunu şaxələndirilmiş şəkildə inkişaf etdirmək idi. Qeyri-neft sektorunda isə sənayenin inkişafı reaktiv götürülür. Yəni burada ən başlıca istiqamət məhz bundan ibarətdir. Bu mənada hesab edirəm ki, Azərbaycanda istənilən səviyyədə potensialı mövcuddur".

Bütün xəbərlər Facebook səhifəmizdə