Mirzə Sakit: “AXCP dönüb ƏXCP olmalıdır”

"Azadlıq" qəzetinin keçmiş köşə yazarı, eks-"cəbhəçi" Mirzə Sakit (Zahidov) növbəti dəfə facebook sosial şəbəkəsindəki profilində AXCP və onun sədrinə qarşı iztehza xarakterli status paylaşıb. SİA-nın məlumatına görə, Mirzə Sakit Əli Kərimlinin sədrlik etdiyi siyasi təşkilatda Elçibəy tərəfdarlarının olmadığı qənaətində olduğunu yazıb: "Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) Elçibəy tərəfdarları qətiyyən yoxdur".

Satirik yazarın fikrincə, əslində, Elçibəyin təəssübkeşləri və onun kimi xalqını sevənlər ya kənardadırlar, ya da başqa partiyalarda. Mirzə Sakit Əli Kərimliyə eyham vuraraq yazıb ki, partiyanın adı dəyişdirilməlidir: "Ora tamam başqa bir yuvadır. Yəni burada "A" hərfini dəyişdirmək lazımdır. Yani patiyanın adı ƏXCP olmalıdır".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB