Fuad Qəhrəmanlı: “İctimai Palata” adlı qurum yoxdur”

Fuad Qəhrəmanlı: “İctimai Palata” adlı qurum yoxdur”
"Milli Şura"dan ayrılmış Müsavat Partiyası fəaliyyətini "İctimai Palata"da davam etdirməyi, sessiyanın keçirilməsini planlaşdırır. SİA-nın məlumatına görə, partiyanın mətbuat xidməti bu barədə təşkilat funksionerlərinin açıqlamalarını ictimailəşdirməkdədir. Lakin AXCP rəsmiləri iddia edirlər ki, "İctimai Palata" adlı qurum artıq mövcud deyil və Müsavat Partiyasının bu istiqamətdəki fəaliyyəti heç bir uğurlu nəticə verməyəcək. AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, "Milli Şura" yaranandan sonra "İctimai Palata" ömrünü başa vurmuş hesab edilir: "Milli Şura" yaranmamışdan öncə də "İctimai Palata"nın hər hansı tədbiri keçirilmirdi, sessiyası çağırılmırdı. "Palata" missiyasını başa vurub".

Fuad Qəhrəmanlı deyib onu da deyib ki, "İctimai Palata"nın hər hansı işlək strukturu yoxdur: "Ona görə də "İctimai Palata"ya tarixin bir parçası kimi baxa bilərik. Bu gün faktiki olaraq, belə qurum mövcud deyil".

F.Qəhrəmanlı bildirib ki, "İctimai Palata"nın sessiyasının keçirilməsi mümkün deyil: ""İctimai Palata"nın sessiyası keçirilə bilməz. Çünki sessiyanın çağırılması üçün yetərsay olmalıdır. Sessiyanın çağırılmasına birtərəfli qaydada belə cəhd olunsa, mümkün olmayacaq. Yetərsayı təşkil edən insanlar o qurumun mövcudluğunu qəbul etmirlər".

AXCP funksioneri qeyd edib ki, hazırda əsas diqqət "Milli Şura"nın üzərindədir: "Müsavat Partiyasının "Milli Şura"da olduğu dövrdə də demişik ki, əsas aparıcı qurum "Milli Şura"dır. Paralel strukturları saxlamağa ehtiyac yoxdur. "İctimai Palata "missiyasını başa vurduğuna görə onu yenidən dirçəltməyə ehtiyac yoxdur".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня