Bahar Muradova: “Hesab edirəm ki, bu çox layiqli və yerində düzgün verilən qərardır” MÜSAHİBƏ

Bahar Muradova: “Hesab edirəm ki, bu çox layiqli və yerində düzgün verilən qərardır” MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradovanın SİA-ya müsahibəsi:

- Bahar xanım, Pakistanın nüfuzlu ingilisdilli "Pakistan Observer" qəzeti Azərbaycan Prezidenti İlham Əliyevi "2013-cü ilin adamı" elan edib. Sizcə, bunu şərtləndirən amillər hansıdır?

- 2013-cü il həqiqətən də Azərbaycan üçün çox uğurlu il olub. Ən əsası isə 2013-cü il 9 oktyabr tarixində keçirilən prezident seçkiləri və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş, İlham Əliyev tərəfindən isə yaradıcı, çevik, zamanın tələblərinə uyğun bir şəkildə həyata keçirilən bu siyasətə dəstək verməsi ilə daha çox yadda qalıb. Bu uğurların əldə olunması və qısa müddətdə sürətli inkişaf mərhələsinə gəlib çatmasının əsas səbəbini də məhz Ulu öndər Heydər Əliyevin siyasətində axtarmaq lazımdır. Təbii ki, bu siyasət də xalqın mütləq əksəriyyəti tərəfindən dəstəklənir. Əlbəttə ki, biz bu uğurların əldə olunmasında Azərbaycan xalqı və onun ayrı-ayrı nümayəndələri az-çox iştirak edirik. Bir sözlə bu uğurlar bizim həyatımızı dəyişir. Beləcə, biz bütün bunların nətcəsində gələcəkdə daha uğurlu nailiyyətlərimizin əldə olunacağı qənaətindəyik. Bunu tək biz deyil, eyni zamanda dünya, Azərbaycanın dostları, ölkəmizin yaxın və uzaq müttəffiqləri, hətta dövlətimizi gözü götürməyənlər belə izləyir və bilirlər. Amma görünən odur ki, getdikcə ölkəmizin dostlarının və onun uğuruna sevinənlərin sayı artır. Bu da təbiidir. Çünki dostluğa, sülhə, əmin-amanlığa, təhlükəsizliyə yönəlmiş siyasət yürüdən ölkələrin getdikcə dünyada mövqeləri möhkəmlənməkdədir. Azərbaycan 2013-cü ildə BMT TŞ-da fəaliyyətinin ikinci ilini yaşadı və bu ili də çox uğurla başa vurdu. Bütün bu uğurların əldə olunmasının təşkilatçısı və qazanılmasının ilhamvericisi, rəhbəri cənab İlham Əliyevin fəaliyyəti əvəzedilməzdir. Bu fəaliyyət nəinki Azərbaycanda, eləcə də bütün dünyada getdikcə daha aydın görünməyə başlayır və ciddi şəkildə dəyərləndirilir. Təsadüfi deyil ki, ötən il bir neçə mətbuat orqanı, QHT qurumları dövlət başçımızın fəaliyyətini yüksək dəyərləndiriblər. Bu mükafat öz ölkəsini qısa müddətdə inkişaf etdirən və daha böyük uğurlara imza atmaq üçün ciddi şəkildə fəaliyyəti ilə seçildiyinə görə cənab Prezident İlham Əliyevə təqdim olunub. Hesab edirəm ki, bu çox layiqli və yerində düzgün verilən qərardır. Biz hələ bundan sonra da nüfuzlu qurumların dövlət başçımız haqqında verilən qərarların şahidi olacayıq. Çünki bu fəaliyyətin özü insanları buna ruhlandırır. Azərbaycan o ölkələrdən deyil ki, dövlətimizin özünə tərəf yaxşı mövqeyini əldə etmək üçün hansısa başqa meyarlardan çıxış edilsin. Dövlətimiz o ölkələrdəndir ki, azsaylı vətəndaşları, kiçik ərazisi olmasına baxmayaraq özünün bütün coğrafi sərvətlərini, siyasi-iqtisadi, mədəni potensialını təkcə öz xalqının, dövlətinin deyil bunu dünyanın, dünya xalqlarının inkişafına və bir-birinə yaxınlaşmasına sərf edir. Təbii ki, bu siyasətin aparıcısı, öndə gedən isə cənab Prezident İlham Əliyevdir. Mən bir Azərbaycan vətəndaşı olaraq dövlət başçımızın 2013-cü ildə qazandığı uğurlarından qürur duyaraq fəxr edirəm.

- Bu ilin yanvar ayında Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi planlaşdırılır. Necə düşünürsünüz, bu görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində hansısa irəliləyişə nail olmaq mümkündürmü?

- Bildiyiniz kimi 2013-cü ildə keçirilən görüşlərin hər biri müsbət əhval-ruhiyyədə olub. Təbii ki, həmin müsbət əhval-ruhiyyədə bizi daha nikbin notlara kökləmişdi. Əlbəttə ki, ilin əvvəlindən də bu intensivliyin artması və bu görüşlərin keçirilməsinə hazırlığı müsbət bir hal kimi dəyərləndirirəm. Bu ilin yanvar ayında Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşündə bu müsbət halın hansı qərarların qəbul edilməsinə və razılaşmalara səbəb olacağını təbii ki, həmin görüşlər göstərəcək. Hər halda ümid etmək olar ki, bu görüşlər sadəcə görüş xatirinə deyil, irəliləyiş əldə etmək xatirinə keçiriləcək. Biz 2014-cü ili həm ATƏT-in Minsk qrupunun həmsədrlərinin həm də bu prosesdə iştirakçıların söylədiklərinə rəğmən Dağlıq Qarabağ ətarfındakı danışıqlarda irəliləyiş əldə olunması ilinə çevirə biləcəyik.

- Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzaladı. Sizin də YAP İdarə Heyətinin üzvü kimi təəssüratlarını öyrənmək istərdik.

- Mən ilk öncə uzun illər Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus yeri, nüfuzu, hörməti olan bir şəxsi, həmkarımı YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlını bu ada layiq görülməsi münasibətilə təbrik edirəm. M.Qurbanlıya bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıram. Hesab edirəm ki, bu təltif YAP İcra katibi müavininin 60 il ərzində onun şüurlu hissəsini öz xalqına, ölkəsinə və onun inkişafına, müstəqil dövlətin yaranmasına, quruculuğuna sərf edən bir insanın əməyinə verilən yüksək qiymətdir. Bununla belə bu təltif M.Qurbanlının fəaliyyət göstərdiyi YAP-ın və bu partiyanın Azərbaycan xalqının həyatında oynadığı roluna, onun hər bir üzvünün yeni Azərbaycanın qurucluğunda iştirakına, həmin partiyanın ölkəmizin müstəqillik tarixində tutduğu yerə və rola, göstərdiyi fədakarlıqlara verilən qiymətdir. Biz bilirik ki, cənab İlham Əliyev Ümummilli lider Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan bu siyasəti çox böyük uğurla davam etdirir. Artıq həm YAP-ın sıralarında olan gənc nəsil, həm də Azərbaycanda yetişən gənc nəsil yaradıcı ziyalılara, ictimai-siyasi xadimlərə, dövlət xadimlərinə göstərilən bu diqqət və qayğıdan ruhlanaraq onlar da bu istiqamətdə daha geniş fəaliyyət göstərməyə və daha artıq fədakarlığa layiq olmaq üçün çalışırlar. Təbii ki, bu da bir növ onları stimullaşdırır. Mən cənab Prezidentə öz adımdan təşəkkürümü bildirirəm ki, o, bizim həmkarımızı onun üçün əziz bir gündə mükafatlandırıb. Hətta zamanında cənab Prezident İlham Əliyevin təltif etdiyi insanlar içərisində mən özüm də olmuşam. Həmin təltifin insanda yaratdığı qürur və fəxarətin nə demək olduğunu mən öz həyatımın təcrübəsindən bilirəm. Bu mənada hesab edirəm ki, M.Qurbanlı bu təltifə layiq insandır.

Bütün xəbərlər Facebook səhifəmizdə