Mirzə Sakit: “Çıx qurtar, bunların da canı dincəlsin”

Mirzə Sakit: “Çıx qurtar, bunların da canı dincəlsin”
Müsavat Partiyasının Milli Şuradan ayrılma ehtimalı təsdiq olunmaqdadır. SİA-nın məlumatına görə, artıq adıçəkilən partiyanın qurumdan çıxması ətrafında sosial şəbəkələrdə qızğın müzakirələr aparılır. Eks-cəbhəçi, "Azadlıq" qəzetinin keçmiş köşə yazarı Mirzə Sakit növbəti dəfə öz profilində Milli Şurada baş verənlərlə bağlı ilginc status paylaşıb: "Bu Müsavatın da işi-gücü qurtarıb. Camaat yeni ilə hazırlaşır, bunlar da Milli Şuradan ayrılacaqları ilə bağlı üstü örtülü bəyanatlar verməklə məşğuldurlar. Əli Kərimli də özünü çəkib qoyub dağın başına. Amma unudur ki, onun çıxdığı dağ-filan deyil. Sadəcə, toz-torpaq yığılmış təpəcikdir. Sözüm İsa Qəmbərədir. İsa qağa, sən də çıxırsan, çıx qurtar da bu qeyri-milli "Zilli" Şuradan, bəlkə bunların da canı dincəlsin yeni il qabağı…".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com