İsa Qəmbər: “Cəbhəçilər dayansalar yaxşıdır”

İsa Qəmbər: “Cəbhəçilər dayansalar yaxşıdır”
İsa Qəmbər Müsavatı hədəf alanlara qarşı sərt cavab və xəbərdarlıq edib. SİA-nın məlumatına görə, buna səbəb yalnız Milli Şuranın mövcud olub-olmaması ilə bağlı müzakirələrin aparılması deyil. Eyni zamanda Əli Kərimlinin mətbuat katibi Natiq Ədilovin (Güləhmədoğlu) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucusu Məhəmməd Əmin Rəsulzadəyə qarşı ittihamlar irəli sürməsidir.

Müsavat Məclisinin toplantısında çıxış edən Müsavat başqanı AXCP-ni hədəfə alaraq bildirib: "Müsavat qarşı elə bil Səlib müharibəsinə başlayıblar…Yayda "Ya Rüstəm İbrahimbəyov, ya da Rüstəm İbrahimbəyov" deyirdilər. İndi də "ya Milli Şura, ya da Milli Şura" deyirlər. Milli Şuranı müqəddəs inək kimi toxunulmaz elan ediblər".

"Bəzilərinin Milli Şurada Müsavatsız hər şeyin yaxşı olacağını deyirsə, deməli, bu adamlar Milli Şuranı dağıtmaq istəyirlər" - deyə bildirən İsa Qəmbər onu da qeyd edib ki, onlara etimad etməyən qüvvələrlə əməkdaşlıq mümkünsüzdür: "Bizimlə dostluğa, əməkdaşlığa, müttəfiqliyə razı olmayan qüvvəyə biz necə etimad göstərə bilərik? Daim Rəsulzadə-Elçibəy yolunda olduğunu deyən qüvvələr bu gün Rəsulzadə ilə Milli Şuranın bugünkü nümayəndələrini (Rüstəm İbrahimbəyovu) müqayisə edirlər, Rəsulzadəni hədəfə götürüblər. Bəlkə dayansalar yaxşıdır".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня