Yadigar Məmmədli: “Dövlət bütün sahələrdə olduğu kimi, mətbuata da diqqət və qayğısını əsirgəmir”
"2013-cü il media sahəsində bir çox hadisələrlə yadda qaldı. Bu il cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən jurnalistlərin mənzil-məişət problemlərinin həll olunması üçün 156 mənzillik binanın media üzvlərinə verilməsini ən yaddaqalan hadisə kimi qiymətləndirirəm". Bu fikirləri SİA-ya açıqlamasında Demokratk Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli deyib.
Yadigar Məmmədli eyni zamanda qeyd edib ki, ölkə başçısının ikinci dəfə jurnalistlərin dostu mükafatına layiq görülməsi məhz Onun mətbuata göstərdiyi diqqət və qayğının nəticəsi oldu: "İlham Əliyev cənablarının ölkənin media kapitanları ilə görüşü, müəyyən problemlərin aradan qaldırılması da belə deməyə əsas yaradır ki, bu gün dövlət bütün sahələrdə olduğu kimi, həm də mətbuata diqqət və qayğısını əsirgəmir. Bundan əlavə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mətbuatın inkişafına vəsait ayıraraq fərdi jurnalist yazılarının maliyyələşdirilməsinə yönəlik bir sıra mütərəqqi addımlar atdı. Ümumilikdə, 2013-cü ili mətbuatın inkişafı baxımından uğurlu hesab edirəm. İnanıram ki, bu uğurlar növbəti illərdə də davam edəcək".
İntizarə MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB