Elman Məmmədov: “Xankəndi şəhərinin icra strukturu yaradılmalıdır”

Bunun ilk növbədə böyük siyasi və mənəvi əhəmiyyəti var
Elman Məmmədov: “Xankəndi şəhərinin icra strukturu yaradılmalıdır”

"Xankəndi şəhərinin icra strukturu yaradılmalıdır". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Millət vəkili bildirib ki, Xankəndinin icra strukturunun yaradılması böyük siyasi və mənəvi əhəmiyyətə malikdir: "Ermənilər Xankəndi şəhərini 1923-cü ildən Stepanakert adlandırır. Doğma şəhərimizdə yuva salan separatçı quldur dəstə qondarma cinayətkar rejim - "Dağlıq Qarabağ Respublikası" yaradıblar. Onlar Stepanakert adı ilə rəsmi və ya qeyri-rəsmi Ermənistan pasportları ilə dünyanın müxtəlif yerlərinə gedirlər və müxtəlif tədbirlərdə iştirak edirlər. Xankəndiliəri təmsil edən dövlət strukturu olsa, onlarda bu adla ölkədən kənara çıxarlar və biz də xankəndli adı ilə özümüzü təqdim edərik".

Millət vəkili deyib ki, icra strukturunun yaradılması Xankəndi əhalisini bir yerdə mərkəzləşdirmək, onları vahid mərkəzdən idarə etmək baxımından da vacibdir: "Gələcəkdə qayıdış proqramı zamanı da xankəndlilər, ağdərəlilər üçün müəyyən problemlər yarana bilər. Bu baxımdan hesab edirəm ki, bu məsələ dövlət rəhbərliyinin diqqətində olmalı və müvafiq addımlar atılmalıdır".

Xankəndinin tarixindən danışan millət vəkili deyib ki, əlində olan sənədlər bir daha sübut edir ki, Xankəndidə məhz azərbaycanlılar yaşayıb: "Bu gün məndə 1895-ci ildə Xankəndində anadan olan sakinin pasportu var. Bu da onu göstərir ki, bu ərazilərdə erməni yaşamayıb. Xankəndi Qarabağ xanının atlarının saxlandığı ərazi, gəzinti məkanı olub".

Bütün xəbərlər Facebook səhifəmizdə